Logo

Elektron-tədris portalından istifadə və qiymətləndirmə haqqında monitorinq subyektlərinin nümayəndələri üçün Qaydalar



1. Bu Qaydalar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – PL/TMM) sahəsində monitorinq subyektlərinin (bundan sonra – istifadəçilər) elektron-tədris portalından istifadəsi üçün hazırlanmışdır.

2. Elektron-tədris portalından aktiv istifadə nəticəsində istifadəçilər etibarlılıq müddəti 3 il olan “PL/TMM üzrə sertifikatlaşdırılmış milli ekspert” statusunu təsdiq edən Sertifikat ilə təltif olunmaq imkanını əldə edirlər.

3. İstifadəçilər yalnız elektron-tədris portalından qeydiyyatdan keçib özləri üçün nəzərdə tutulmuş bütün kurslardan, testlərdən, onlayn və canlı imtahanlardan müvəffəqiyyətlə keçəndən sonra “PL/TMM üzrə sertifikatlaşdırılmış milli ekspert” statusunu təsdiq edən Sertifikat ilə təltif olunurlar.

4. Onlayn imtahandan keçmək yalnız bütün kurslardan və testlərdən keçəndən sonra mümkündür.

5. Yalnız onlayn imtahandan müvəffəqiyyətlə keçən istifadəçilər canlı imtahana dəvət olunurlar.

6. Canlı imtahanın keçirilmə vaxtı, yeri və qaydası Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən olunur.

7. Onlayn imtahan 120 sualdan ibarətdir.

8. Onlayn imtahandan müvəffəqiyyətlə keçid limiti 60% təşkil edir.

9. Onlayn imtahandan keçmək üçün vaxtın məhdudiyyəti yoxdur.

10. Canlı imtahan 120 sualdan ibarətdir.

11. Canlı imtahandan müvəffəqiyyətlə keçid limiti 70% təşkil edir.

12. Canlı imtahandan keçmək üçün 3 saat verilir.

13. Onlayn və canlı imtahanlardan müvəffəqiyyətlə keçən istifadəçilər qazandıqları “PL/TMM üzrə sertifikatlaşdırılmış milli ekspert” statusunu təsdiq edən sertifikatlarını elektron tədris portalında “Sertifikatlarım” bölməsindən əldə edirlər.

Elektron-tədris portalından istifadə və qiymətləndirmə haqqında monitorinq subyektlərinin nümayəndəsi olmayan şəxslər üçün Qaydalar



1. Bu Qaydalar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra - PL/TMM) sahəsində hüquqi mədəniyyətin artırılması məqsədilə istənilən şəxslərin (bundan sonra – istifadəçilər) istifadəsi üçün nəzərdə tutulur.

2. Elektron-tədris portalından aktiv istifadəsi nəticəsində istifadəçilər etibarlılıq müddəti 3 il olan PL/TMM üzrə e-learning təlim proqramında iştirak etdiklərini təsdiq edən Sertifikat ilə təltif olunmaq imkanını əldə edirlər.

3. İstifadəçilər yalnız elektron-tədris portalından qeydiyyatdan keçib özləri üçün nəzərdə tutulmuş bütün kurslardan, testlərdən və onlayn imtahandan müvəffəqiyyətlə keçəndən sonra müvafiq Sertifikat ilə təltif olunurlar.

4. Onlayn imtahandan keçmək yalnız bütün kurslardan və testlərdən keçəndən sonra mümkündür.

5. Onlayn imtahan 150 sualdan ibarətdir.

6. Onlayn imtahandan müvəffəqiyyətlə keçid limiti 80% təşkil edir.

7. Onlayn imtahandan keçmək üçün vaxt məhdudiyyəti yoxdur.

8. Onlayn imtahandan müvəffəqiyyətlə keçən istifadəçilər qazandıqları Sertifikatını elektron tədris portalında “Sertifikatlarım” bölməsindən əldə edirlər.

 
 
lower left corner   lower right corner
 
 
Powered by Inquisiq R3 Build 2.12.0105© 2002-2019ICS Learning Group